Mahir Emrelinin komandasında yeni baş məşqçi

Mahir Emrelinin komandasında yeni baş məşqçi

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.az xəbər verir ki, Zaqreb təmsilçisini bundan sonra sabiq futbolçusu İqor Bişçan çalışdıracaq.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, bu postda istefaya göndərilən Ante Çaçiçi əvəz edib.

Xatırladaq ki, Bişçan hazırda Xorvatiyanın U-21 yığmasına da başçılıq edir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə məhz “Dinamo”ya məxsusdur. O, qış fasiləsində icarə əsasında Türkiyə "Konyaspor" komandasına keçib. 25 yaşlı futbolçunun Super Liqa təmsilçisi ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər