Mahir Emrelinin komandası Varşavada qol yağdırdı 

Mahir Emrelinin komandası Varşavada qol yağdırdı 

Futbol üzrə Polşa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - “Legiya” da növbəti matçına çıxıb.   Varşava təmsilçisi 3-cü turdan təxirə salınmış oyunda “Zaqlembe”ni qəbul edib. Paytaxt təmsilçisi 4:0 hesablı darmadağına sevinib.

Azarkeşlərin klub avtobusuna hücumu zamanı əsas hədəfə çevrilən iki futbolçunun - Emrelinin və Lukinyasın adı matçın iştirak ərizəsinə salınmayıb. 

15 xalı olan “Legiya” hazırda Ekstraklassanın turnir cədvəlində 18 iştirakçı arasında 15-ci pillədə mövqe tutub. Sözügedən komandanın ehtiyatda daha bir oyunu var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər