Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşa çempionatında 7-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv səfərdə “Şlyonsk”un qonağı olub.
Ehtiyat oyunçular sırasında yer alan Mahir görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Lakin o, komandasına kömək edə bilməyib. Yekunda "Legiya" rəqibinə 0:1 hesabı ilə məğlub olub. Oyunda vurulan yeganə qola 84-cü dəqiqədə Viktor Qarsiya imza atıb.
Qeyd edək ki, 7 turdan sonra "Legiya"nın aktivində 6 xal var. Komanda avrokuboka görə rəqiblərindən 2 oyun az keçirib.
