Xorvatiya Super Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Dinamo Zaqreb" mövsümün ilk oyununda "Hayduk"la qarşılaşıb.
Derbinin əsas vaxtı və görüşə əlavə olunan yarım saat qolsuz heç-heçə bitib. Belədə qalib penaltilər seriyasında müəyyənləşib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" "lotoreya"da daha dəqiq olub - 4:1.
Beləliklə, "mavilər" Super Kubokun qalibi olublar. Emreli bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın protokoluna daxil edilməyib. İki gün əvvəl "Dinamo"nun baş məşqçisi Ante Çaçiç Mahirin ağrılarının olduğunu bildirmişdi.
Mirağa