Mahir Emrelinin komandası ÇL-də azarkeşsiz oynayacaq - SƏBƏB

Mahir Emrelinin komandası ÇL-də azarkeşsiz oynayacaq - SƏBƏB

Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su səfər oyununda azarkeşsiz qalacaq.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi Yunanıstan AEK-i  ilə keçiriləcək səfər oyununda tərəfdar dəstəyindən məhrum olacaq.

 Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək AEK - “Dinamo” oyununa təhlükəsizlik səbəbindən xorvatiyalı azarkeşlər üçün bilet satışı olmayacaq. Avqustun 15-də Zaqrebdə baş tutacaq cavab qarşılaşmasına isə yunan azarkeşlər buraxılmayacaqlar.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər