Mahir Emrelinin komanda yoldaşını qarət etdilər

Mahir Emrelinin komanda yoldaşını qarət etdilər

Polşanın “Legiya” komandasının futbolçusu Tomaş Pexartın evi qarət olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə çexiyalı hücumçu “İnteria Sport”a müsahibəsində məlumat verib.   Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar. Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticəsini gözlədiklərini bildirib.   Pexart 2020-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər