Mahir Emrelinin klubunda iki ayrılıq

Mahir Emrelinin klubunda iki ayrılıq

Millimizin hücumçusu Mahir Emrelinin klubu Xorvatiya “Dinamo”su (Zaqreb) iki futbolçusu ilə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, bunlar müdafiəçi Bartol Franiç ilə yarımmüdafiəçi Tomislav Duvnyakdır. 

Zaqreb təmsilçisi Franiçi Almaniya “Volfsburq”una, Duvnyakı isə “İstra 1961”ə satıb.

22 yaşlı Bartol Bundesliqa klubu ilə 5 illik, 19 yaşlı Tomislav isə yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər