Mahir Emrelinin klubunda heç vaxt belə şey olmamışdı

Mahir Emrelinin klubunda heç vaxt belə şey olmamışdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"sunda ilk yaşanıb. 

Fanat.Az "İndex"-ə istinadən xəbər verir ki, komandanın qapıçıları bu mövsüm klub tarixində ilk dəfə baş verən unikal göstəriciyə imza atıblar. 

Belə ki, bu mövsüm üç qapıçının penalti dəf etdiyi ilk çempionat kimi tarixə düşüb.

Mövsümün əvvəlində o vaxt "Dinamo"da olan Dominik Livakoviç AEK-lə Çempionlar Liqası matçında (2:2) penaltini dəf edib. 

İkinci qapıçı Daniel Zaqorats Konfrans Liqasında "Astana" ilə görüşdə "11 metrə"nin qola çevrilməsinə imkan verməyib və komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. 

Zaqreb nəhənginin son çempionat oyununun qəhrəmanı isə 3-cü qapıçı İvan Nevistiç olub. "Varazdin"lə qarşılaşmanın 81-ci dəqiqəsində penaltini dəf edən qolkiper “Dinamo”nun 1:0 hesablı qələbə hesabını qoruyub. 

Beləliklə, "Dinamo"nun qapıçıları dünyada nadir rast gəlinən göstəriciyə imza atıblar. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər