Mahir Emrelinin klubu məşqçisiylə vidalaşdı

Mahir Emrelinin klubu məşqçisiylə vidalaşdı

Dario Basiç "Dinamo Zaqreb"də baş məşqçinin köməkçisi vəzifəsini tərk edib. 

Fanat.Az xəbər verir ki, cəmi üç ay əvvəl Xorvatiya çempionu ilə anlaşan 36 yaşlı mütəxəssis Yaxın Şərqdən gələn təklifi qəbul edib. Belə ki, o, Bəhreynin Olimpiya millisini çalışdıracaq.

Vaxtilə Omanın U-23 yığmasına da rəhbərlik edən Basiç "Dinamo"dan gedişi barədə açıqlama verib:  "İlk növbədə, "Dinamo"da qazandığım təcrübəyə görə bütün kluba təşəkkür etmək istərdim. Gələndə demişdim ki, böyük klubun bir hissəsi olmaqdan şərəf və qürur duyuram. Amma bəzən həyatda çətin qərarlar qəbul etməli olursan. Aldığım təklif elədir ki, ondan imtina edə bilmərəm. Ona görə də bu dəfə məcbur oldum. Müqavilənin ləğvi ilə bağlı göstərdiyi anlayışa görə kluba minnətdaram. "Dinamo"ya mövsümün davamında uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli ötən ayın əvvəlindən Zaqreb "Dinamo"sunda çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər