Mahir Emrelinin karikaturasını çəkdilər - FOTO

Mahir Emrelinin karikaturasını çəkdilər - FOTO

Polşa Ekstraklassasının rəsmi "İnstagram" səhifəsi bu gün Avropa Liqasında "Napoli" ilə qarşılaşacaq "Legiya" ilə bağlı maraqlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, səhifədə paylaşılan karikaturada Varşava klubunun baş məşqçisi Çeslav Mixneviç, yarlmmüdafiəçi Lirim Kastrati və millimizin hücumçusu Mahir Emreli yer alıb.

Kastratinin əlində "Spartak"ın atributu, Mahirin qucağında isə tülkü ("Lester"in simvolu) var ki, bu da təsadüfi seçilməyib. Hər iki futbolçu Avropa Liqasında qol vuraraq, komandasına qələbə qazandırıb. Ekstraklassanın səhifəsi karikaturanın altında belə bir sual verib: "Kim məşqçiyə bir dilim Neapol pizzası gətirəcək?"   Bu karikaturanı Mahir Emreli də sosial şəbəkə hesabında bəyənərək paylaşıb. 

Mahir Emrelinin karikaturasını çəkdilər - FOTO  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər