Mahir Emrelinin durumuna aydınlıq gəldi

Mahir Emrelinin durumuna aydınlıq gəldi
DÇ-2022-nin seçmə mərhələsinin Serbiya yığması ilə oyununda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.
Fanat.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, yığma həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.
Həkimlərin ilkin diaqnozuna görə, forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Azərbaycan - Serbiya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər