Mahir Emrelinin baş məşqçisi "Legiya"dan imtina etdi

Mahir Emrelinin baş məşqçisi "Legiya"dan imtina etdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın (Varşava) baş məşqçisi Marek Qolebievski istefa verib.

Fanat.Az xəbər verir ki, bu barədə "Przegląd Sportowy"nin əməkdaşı Maçiey Vaşovski "Twitter" hesabında paylaşım edib. Mahir Emrelinin baş məşqçisi "Legiya"dan imtina etdi

Jurnalistin iddiasına görə, Qolebievski "Visla Plotsk"a məğlubiyyətdən sonra komandanı çalışdırmaqdan imtina edib. Hələlik klub bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. Qarşıdakı matçlarda komandaya böyük ehtimalla köməkçi Prjemislav Małeçski rəhbərlik edəcək. 

Qeyd edək ki, "Legiya" 18 turda 12 xal toplayaraq sonuncu - 18-ci pillədə qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər