"Legiya"nın oyunçusu Joel Abu Hanna İsrail millisi ilə Moldova arasındakı matçda zədələnib.
Fanat.Az xəbər verir ki, İsrail millisinin üzvü Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Moldovayla oyunda (2:1) sol diz meniskindən xəsarət alıb.
Mahir Emrelinin komanda yoldaşı matçın 46-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Müdafiəçinin bir neçə ay meydanlardan kənarda qalacağı açıqlanıb.
Sosial şəbəkə vasitəsilə paylaşım edən millimizin oyunçusu Mahir Emreli ağır zədələnən komanda yoldaşına dəstək olub.
