Xorvatiyanın "Dinamo Zaqreb" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradam çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sportske.jutarnji" nəşri məlumat yayıb.
O, XXXII turda “Qoritsa” ilə (1:0) oyunda çiynindən xəsarət alıb.
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub.
25 yaşlı hücumçu artıq müalicəyə başlayıb. Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.