Mahir Emreli yenə qol vurdu, komandası "Hamburq"dan xal aldı - VİDEO

Mahir Emreli yenə qol vurdu, komandası "Hamburq"dan xal aldı - VİDEO

Azərbaycanlı hücumçu Mahir Emreli Almaniyada “Nürnberq”in heyətində növbəti qolunu vurub.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdə rəqib qapısına yol tapıb. O, komandası hesabda geridə olarkən, 62-ci dəqiqədə hesabı bərabərləşdirən qolun müəllifi olub.  65-ci dəqiqədə sarı vərəqə alan Mahir bundan 3 dəqiqə sonra əvəzlənib. Qarşılaşma bərabərliklə yekunlaşıb – 1:1. Emrelinin komandası hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər