Mahir Emreli yenə ən zəiflər sırasında - Sorğu

Mahir Emreli yenə ən zəiflər sırasında - Sorğu

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Avropa Liqasının qrup mərhələsində Moskva "Spartak"ına 0:1 hesabı ilə uduzaraq sonuncu olub və avrokuboklarla vidalaşıb. 

Fanat.Az xəbər verir ki, matçdan sonra "Legiya.net" saytında sorğu aparıb və komandan futbolçularının çıxışı qiymətləndirilib. 

Səsvermənin nəticəsinə əsasən Mahir Emreli görüşün ən zəif futbolçularından biri seçilib. 

24 yaşlı hücumçunun çıxışı 2.47 balla qiymətləndirilib. Görüşün ən pis oyunçusu isə 73-cü dəqiqədə Mahir Emrelini əvəzləyən və oyunun 90+8-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirə bilməyən Tomaş Pekxart seçilib - 2.07 bal.

Mahir Emreli yenə ən zəiflər sırasında - Sorğu

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər