Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Ekstraklassasında 8-ci turun oyununu keçirir.
Fanat.Az xəbər verir ki, hücumçumuz bir qədər sonra (saat 19:30) başlayacaq “Qurnik”lə görüşün start heyətində yer almayıb.
Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən “Legiya” keçirdiyi 5 oyunda 6 xal toplayıb və hazırda 16-cı pillədə yer alıb.