Xorvatiyanın "Dinamo Zaqreb" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu axşam Şimali Makedoniya "Şkupi" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Mahir Emreli sözügedən qarşılaşmanı buraxacaq.
Bunu Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis Emreli ilə yanaşı, Boşko Şutalo və Marko Bulatın zədə səbəbindən heyətdən kənarda qaldığını bildirib.
Qeyd edək ki, "Dinamo Zaqreb" - "Şkupi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.