Mahir Emreli sıraya döndü

Mahir Emreli sıraya döndü

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”da forma geyinən Emreli zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub.

O, tezliklə komanda ilə birlikdə məşqlərə başlayacaq. Mahirin “Konyaspor”un “Ümraniyespor”la qarşıdakı oyununa tam hazır olacağı gözlənilir.

Emreli Türkiyə Super Liqasının “Qalatasaray”la oyununda zədələndiyi üçün Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələ matçlarında iştirak edə bilməyib.

“Ümraniyespor” – “Konyaspor” matçı aprelin 2-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər