Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

Bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında mövsümün sonuncu - 34-cü turunun oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedək kollektiv səfərdə Braunşveyq "Ayntraxt"ının qonağı olub.

Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start "11-lik"də yer alan Mahir komandasının ilk 3 qoluna imza atıb. O, ilk yarıda het-trikə imza atıb. Ön xətt oyunçusu 10, 20 və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Bu, mövsümün komandanı tərk edəcəyi öncədən dəqiqləşən Mahirin "Nürnberq" forması ilə sonuncu oyunu olub.

"Nürnberq" mövsümü 48 xalla 10-cu yerdə bitirib.

Emreli 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, Almaniya Kubokunda da 1 qolla diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər