Mahir Emreli "Qalatasaray"a təklif edildi

Mahir Emreli "Qalatasaray"a təklif edildi
Türkiyənin "Qalatasaray" klubunun skautu Emre Utkucan sosial şəbəkədə Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.
Tvitterdə İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmisinə müraciət edib.
O, Emre Utkucanın paylaşımına yazdığı şərhdə Azərbaycandan "Qalatasaray"da indiyədək heç kimin iştirak etmədiyini bildirib: "Emre bəy, "Qarabağ"dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb. Bunu qeyd dəftərinizin küncünə yazın".
Qeyd edək ki, Mahir Emreli qış transfer dönəmində Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq. (report.az)
 
Mahir Emreli "Qalatasaray"a təklif edildi
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər