Mahir Emreli Polşada tarix yazır

Mahir Emreli Polşada tarix yazır

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya Varşava" Polşa kubokunda 1/32 final matçına çıxıb.  Fanat.Az xəbər verir ki, səfərdə "Viqri" ilə qarşılaşıb.  Mahir Suvalki təmsilçisi ilə oyuna ikinci hissədə, konkret, 56-cı dəqiqədə daxil olub. İlk yarısı 1:1 başa çatan oyunda dönüş məhz hücumçumuz oyuna qoşulandan sonra baş verib. 65-ci dəqiqədə hesabda önə keçən "Legiya"nın 3-cü, sonuncu qolunun müəllifi məhz Emreli olub.  Beləliklə, Varşava klubu 3:1 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb.  Mahir Emreli isə "Legiya"da tarixi uğura imza atıb. O, qatıldığı bütün turnirlərdə qol vurmaqla, unikal göstəriciyə imza atıb. Qeyd edək ki, həmyerlimiz Çempionlar Liqası, Avropa Liqası, Polşa Superkuboku, Polşa Çempionatı və Polşa kubokunda ümumilikdə 8 qol vurub. 

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər