Mahir Emreli Polşa çempionatında qol hesabını açdı

Mahir Emreli Polşa çempionatında qol hesabını açdı

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Ekstraklassasında 8-ci turun oyununu keçirib.

Fanat.Az xəbər verir ki, hücumçumuz “Qurnik”lə görüşün start heyətində yer almayıb.

İkinci hissədə - komandası hesabda 2:1 öndə olarkən əvəzemədən oyuna qoşulan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq, komandasının üstünlüyünü artırıb. Beləliklə, "Legiya" oyundan 3:1 hesabı ilə qalib ayrılıb.

Bu, Mahirin Polşa çempionatında ilk, "Legiya"da rəsmi görüşlərdəki ümumilikdə 7-ci qoludur. O, avrokubokda 5, Superkubokda 1 və çempionatda 1 qol vurub. 

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən "Legiya" hazırda 9 xalla 12-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər