Mahir Emreli oynadı, komandası...

Mahir Emreli oynadı, komandası...

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, autsayder “Reqensburq”un qonağı olan “Nürnberq” səfərdən məğlub dönüb.

Mahir 78-ci dəqiqədə - komandası hesabda 1:2 geridə olarkən əvəzetmədən oyuna qoşulsa da, qol vura bilməyib. Görüş elə bu hesabla da başa çatıb. 

27 oyundan 41 xalı olan “Nürnberq” hazırda 8-ci yerdədir.

Qeyd edək ki, Emreli bu mövsüm Almaniya təmsilçisi ilə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 4 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər