Mahir Emreli oynadı, komandası...

Mahir Emreli oynadı, komandası...

Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə “Qurnik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddinci məğlubiyyətidir.   Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.   15 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər