Mahir Emreli oynadı, darmadağına sevindi

Mahir Emreli oynadı, darmadağına sevindi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su yeni mövsümə hazırlıq çərçivəsində ilk sınaq matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.

Oyun zaqreblilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start "11-lik"də yer alan Mahir fasilədə əvəzlənib. Həmyerlimiz meydanı qolsuz tərk edib. "Dinamo"nun qollarına Drmiş, Andriç və Petkoviç imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər