Mahir Emreli növbəti qolunu vurdu, komandası...

Mahir Emreli növbəti qolunu vurdu, komandası...

Polşa Ekstraklassasında 9-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" (Varşava) da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi öz meydanında “Rakuv”a 2:3 hesabıyla yenilib.   Start "11-lik"də yer alan Mahir sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 34-cü dəqiqədə məhz Emreli vurub.   9 tura 9 xal yığan “Legiya” turnir cədvəlində 18 komanda arasında 14-cü pillədədir. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər