Mahir Emreli məşhur ingilis qəzetinin manşetində - FOTO

Mahir Emreli məşhur ingilis qəzetinin manşetində - FOTO

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya” dünən İngiltərə "Lester”inə qalib gəlib. Oyunun tək qolunu isə Mahir Emreli vurub.

Mahirin oyundan sonra müsahibə verərkən geyindiyi köynək diqqət çəkib.

Köynəyin üzərində matçın yekunu olan 1:0 nəticəsi əks olunub.

Dünyaca məşhur "The Sun” nəşri də bu hadisəyə biganə qalmayıb və Mahiri öz manşetlərinə daşıyıb.

Xəbərdə Varşava "Legiya”sının oyunun nəticəsini göstərən köynəyi satışa çıxarmasından bəhs olunur.

Nəşr "Legiya”nın rəsmi hesabında Mahirin şəkli ilə paylaşılan "Belə oyunlar əsla unudulmaz” qeydini də xatırladıb. Bildirilib ki, azarkeşlər köynəkləri onlayn əldə etməklə, o anları əbədi xatırlayacaqlar.

Mahir Emreli məşhur ingilis qəzetinin manşetində - FOTO

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər