Mahir Emreli "Legiya"nın lideridir - Statistika

Mahir Emreli "Legiya"nın lideridir - Statistika

Polşa mətbuatı "Legiya"nın bu mövsüm üçün statistik göstəricilərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bir çox komponentlərdə komanda yoldaşlarını üstələyərək, Varşava təmsilçisinin lideri elan olunub.   

Bütün yarışları - Ekstraklasa, Çempionlar Liqası, Avropa Liqası, Polşa Kuboku və Polşa Super Kubokunu özündə ehtiva edən göstəricilərə əsasən, Mahir komandasının bombardiridir. Hücumçumuzun hesabında 11 qol var. "Legiya"nın bu mövsüm 33 dəfə rəqib qapılarına yol tapdığını nəzərə alsaq, Emreli təkbaşına bu qolların üçdəbirinə imza atıb. Qol+ötürmə (11 qol+1 asist) göstəricisində də millimizin üzvü liderliyini qoruyur. 

Bundan başqa, Emreli komandasında ən çox oyun keçirən 2 futbolçudan biridir. "Legiya" bu mövsüm 27 matça çıxıb ki, heç bir futbolçu bu görüşlərin hamısında forma geyməyib. Bu mənada Mahirlə Rafael Lopesin 26 oyunda meydana çıxması qeyd olunmalıdır. Həmyerlimiz ümumilikdə 1609 dəqiqə (orta hesabla hər oyunda 61,9 dəqiqə) meydanda olub. 

Mahir Emreli "Legiya"nın lideridir - Statistika

"Legiya" son 7 oyunun 6-da uduzub və bu görüşlərdə cəmi 4 qol vurub və 17-ni buraxıb. 

2021/22  27 matç: 12 qələbə, 3 heç-heçə,12 məğlubiyyət, qol - 33 -39 Orta hesabla qazanılan xal: 1.44 Orta hesabla vurulan qol: 1.22 Orta hesabla buraxılan qol: 1.44

Maraqlıdır ki, "Legiya" 33 qoldan 26-nı cərimə meydançası daxilindən, o cümlədən, 6-nı baş zərbəsi ilə vurub. Varşavalılar əsasən hər iki hissənin son 15 dəqiqəsində fərqlənib - cəmi 18 qol. Rəqiblər 61-75-ci dəqiqələr arasında cəmi 1 dəfə "Legiya"nı məyus edə biliblər.  Mahir Emreli "Legiya"nın lideridir - Statistika  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər