Mahir Emreli "Legiya"da daha iki qol vurdu

Mahir Emreli "Legiya"da daha iki qol vurdu
Azərbaycan milli komandasın üzvü Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində daha iki qol vurub.
Fanat.Az xəbər verir ki, futbolçumuz "Yaqelloniya" ilə yoxlama oyununda dubl edib. 24 yaşlı hücumçu 11-ci və 22-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Oyun 2:0 hesabı ilə yekunlaşıb və Mahir Emreli komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər