Mahir Emreli İtaliyada ilk "11-lik"də meydana çıxacaq

Mahir Emreli İtaliyada ilk "11-lik"də meydana çıxacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Napoli" ilə qarşılaşacaq "Legiya"nın səfər planı açıqlanıb.

Fanat.Az xəbər verir ki, Mahir Emrelinin komandası İtaliyaya sabah səhər saatlarında yola düşəcək. 

Axşam yerli vaxtla saat 18:15-də "Legiya"nın baş məşqçisi Çeslav Mixneviçin mətbuat konfransı baş tutacaq ki, onunla birgə hələlik adı açıqlanmayan komanda üzvlərindən biri də jurnalistlərin qarşısına çıxacaq. Saat 19:00-da isə varşavalıların Dieqo Armando Maradona adına stadionda son məşqi baş tutacaq.

"Legiya" səfərə ciddi itki ilə yollanacaq. Belə ki, hücumçu Tomaş Pekhart dünənki məşqdə burnundan zədə alıb. Müayinə nəticəsində çexiyalı forvardın əməliyyat olunacağı üzə çıxıb. Tomaşın 10-14 gün aradan sonra məşqlərə başlaya biləcəyi, meydana qayıtdıqdan sonra xüsusi maska ​​taxacağı açıqlanıb. Bu o deməkdir ki, Mahir "Napoli" ilə oyunda, həmçinin, qarşıdakı iki həftədə də hücumda əsas söz sahibi olacaq.   

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər