Millimizin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında ilin legioneri seçilə bilər.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu bu ada namizədlər sırasında yer alıb.
Emreli ilə yanaşı, serbiyalı müdafiəçi Filip Mladenoviç və çexiyalı forvard Tomaş Pexart da bu mükafata iddia edir.
Qalib Varşava klubunun rəsmi saytı, feysbuk və tviter hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm vurduğu 11 qolla "Legiya"nın ən sərrast futbolçusudur.