Mahir Emreli ilə bağlı yeni iddia: Yeni mövsüm Superliqada...

Mahir Emreli ilə bağlı yeni iddia: Yeni mövsüm Superliqada...
"Qarabağ"ın futbolçusu Mahir Emreli haqda yeni iddia yayılıb.
Fanat.Az xəbər verir ki, "Fotomaç" saytı "Beşiktaş"ın millimizin üzvü ilə maraqlandığını yazıb.
 
Mənbə Türkiyə Superliqasının son qalibinin baş məşqçisi Sergen Yalçının transfer siyahısında Emrelinin də adının olduğu vurğulayıb.
 
Xəbərdə 23 yaşlı hücumçunun Ağdam təmsilçisi ilə müqaviləsinin iyunda başa çatacağı xatırladılıb. Bu səbəbdən transferin reallaşacağı təqdirdə, İstanbul klubunun heç bir təzminat ödəməyəcəyi bildirilib.
Qeyd edək ki, Mahir Emrelini Polşa "Legiya"sı da transfer etmək istəyir. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər