Mahir Emreli "ən yaxşı" seçildi

Mahir Emreli "ən yaxşı" seçildi

"Legiya"nın hücumçusu Mahir Emreli "Visla"ya qarşı keçirilən Polşa çempionatının VI tur matçında komandasının ən yaxşısı seçilib.

Fanat.Az xəbər verir ki, legia.net nəşri Varşava təmsilçisinin oyunçularını 1-10 arasında qiymətləndirib. Azarkeşlər arasındakı səsvermənin yekununda Emreli komanda yoldaşlarını geridə qoyub - 5,83.

Qeyd edək ki, qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə bitib. 46-cı dəqiqədə oyuna daxil olan Emreli 65-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol qeydə alınmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər