Mahirin qolu sayılmadı, "Legiya" uduzdu - YENİLƏNİB

Mahirin qolu sayılmadı, "Legiya" uduzdu - YENİLƏNİB

Polşa çempionatında VI turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Visla"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iki qol vuraraq komandasına qrupa daşıyan millimizin futbolçusu start heyətində yer almayıb. 46-cı dəqiqədə meydana çıxan Mahir 66-cı dəqiqədə qol vurub. Amma VAR-a baxan hakim qayda pozuntusu qeydə alaraq qolu saymayıb.

Qeyd edək ki, "Legiya" 4 oyundan sonra 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Visla" isə 10 xalla 3-cü pilləni tutur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər