Mahir Emreli Dubaya yollanır - RƏSMİ

Mahir Emreli Dubaya yollanır - RƏSMİ

Polşanın “Legiya” komandasının qış hazırlıq planı bəlli olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi paytaxt təmsilçisi təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.   Bu barədə Varşava klubunun rəsmi saytı məlumat yayıb. Yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçının keçirilməsi planlaşdırılıb.   “Legiya” Polşa Ekstraklasasında 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər