Mahir Emreli "Dinamo"ya qələbə qazandırdı

Mahir Emreli "Dinamo"ya qələbə qazandırdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb.

Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib.

79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.

Emreli oyuna 57-ci dəqiqədə qoşulub. Həmin vaxt "11 nömrə"nin komandası 0:1 hesabı ilə geridə olub. Azərbaycanlı futbolçu komandasının bərabərlik qolunu vurmaqla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə də alıb.

89-cu dəqiqədə Mahirin üzünə dirsəyi ilə vuran "Riyeka"nın futbolçusu Anton Kresiçə qırmızı vərəqə göstərilib.

Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyini qoruyub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər