Mahir Emreli “Dinamo”ya lazım olmadı

Mahir Emreli “Dinamo”ya lazım olmadı

Futbol üzrə Xorvatiya çempionatında 21-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Emreli bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” bu nəticədən sonra 49 xalla zirvədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər