Millinin düşərgəsindən döndükdən sonra ailəsi ilə Türkiyəyə istirahətə yollanan yığmamızın futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.
Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın "Şkendiya" klubu və yerli Trnava "Spartak"ıdır. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.