Mahir Emreli "Dinamo Zaqreb"ə neçəyə başa gəlib?

Mahir Emreli "Dinamo Zaqreb"ə neçəyə başa gəlib?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo Zaqreb" klubuna keçid məbləği bəlli olub.

Fanat.Az Xorvatiyanın 24sata.hr saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.

Ancaq xorvatlar bu məbləği nağd şəkildə deyil, ötən il "Legiya"ya satdığı Lirim Kastratinin keçid məbləği olaraq hesablaşıb. Varşavalılar  1,2 milyon avro borcundan indiyə qədər cəmi 200 min avro ödəyib. 

Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər