Mahir Emreli darmadağına baxdı

Mahir Emreli darmadağına baxdı

Bu gün futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb. 

Zaqreb təmsilçisi "Osiyek"i qonaq edib. "Maksimir"də baş tutan görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Qarşılaşma "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli sonadək ehtiyatda qalıb.

"Dinamo" 34 turdan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər