Mahir Emreli daha böyük çempionata gedəcək - İDDİA

Mahir Emreli daha böyük çempionata gedəcək - İDDİA

Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.

"Sport1.oslobodjenje" nəşrinin xüsusi fərqləndirdiyi bir neçə oyunçu arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.

24 yaşlı forvard Ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.

Nəşr "Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyini proqnozlaşdırıb. Xatırladaq ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə imzalayıb.

Mənbə: Offsideplus.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər