Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Polşa Ekstraklassında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi 13-cü tur çərçivəsində iddialılardan olan “Poqon”u qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start "11-lik"də başlayan Emreli 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 9 xalı olan “Legiya” hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Nihat