Mahir Emreli: "Biz möhtəşəm komandayıq"

Mahir Emreli: "Biz möhtəşəm komandayıq"

"Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatının III turunda "İstra"ya 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun televiziyasına açıqlama verib.

Fanat.Az xəbər verir ki, oyunda qolla yadda qalan 25 yaşlı hücumçu kürəyindəki zədənin sağaldığını və özünü daha yaxşı hiss etdiyini vurğulayıb: 

 "Zədəm sağalıb. Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Növbəti görüşlərdə nə qədər şans qazanacağımı deyə bilmərəm. Ancaq əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, oyundan-oyuna öz formamı yaxşılaşdıracağam. Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacağam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq. Hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər