Mahir Emreli: "Belə də davam edəcəyəm"

Mahir Emreli: "Belə də davam edəcəyəm"

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Riyeka"nı 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışıb.

Fanat.Az xəbər verir ki, klubun saytına fikirlərini bildirən hücumçu vurduğu ilk qolun sevincini bölüşüb:  

"Burada ilk qoluma imza atdığım üçün çox xoşbəxtəm. Hər bir xal və hər bir qələbə bizim üçün çox önəmlidir. Oyuna yaxşı başlamadıq. Çox bəsit qol buraxdıqdan sonra matça nəzarəti ələ almağa başladıq. İkinci hissədə qollar vurduq.  Ümid edirəm ki, belə də davam edəcəyəm. Bu qol mənim üçün də titul qazanma baxımından çox vacibdir. Bütün komanda və azarkeşləri təbrik edirəm. Zövq almaqda davam etsinlər".

"Dinamo" 30 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər