Mahir Emreli bazada Qurban Qurbanovla görüşdü

Mahir Emreli bazada Qurban Qurbanovla görüşdü

Azərbaycan millisinin və Polşanın "Legiya" komandasının hücumçusu Mahir Emreli bu gün "Qarabağ"ın bazasını ziyarət edib.

Fanat.Az xəbər verir ki, o, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovla və digər klub rəsmiləri ilə görüşüb.

24 yaşlı futbolçunun Ağdam təmsilçisinə keçəcəyi ilə bağlı informasiyalara gəlincə, bu, həqiqəti əks etdirmir. Emreli sadəcə, futbolçu kimi inkişafında böyük rol oynayan Qurbanova və sabiq klubuna baş çəkmək hədəfi ilə Suraxanıdakı bazaya üz tutub.

Məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gübndüz Abbaszadə təsdiqləyib.

Qeyd edək ki, Mahir bu ilin yayında Ağdam klubundan ayrılaraq "Legiya"ya keçib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər