Mahir Emreli Avropa klubunun hədəfində

Mahir Emreli Avropa klubunun hədəfində

Azərbaycan millisinin və "Legiya"nın (Polşa) hücumçusu Mahir Emreli Danimarka klubunun maraq dairəsinə düşüb.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin "MSV Foot" portalının "Twitter" səhifəsi məlumat yayıb. 

Xəbərə görə, ölkənin "Kopenhagen" klubu 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

 

Xatırladaq ki, Mahir Emrelinin klubu "Legiya" bu gün Avropa Liqasının qrup oyunları çərçivəsində İtaliyada "Napoli"nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər