Mahir Emreli Almaniyada növbəti qolunu vurdu, komandası darmadağına sevindi - VİDEO

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu, komandası darmadağına sevindi - VİDEO

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" də növbəti oyununa çıxıb.

Məşhur Miroslav Klozenin çalışdırdığı kollektiv "Regensburq"la qarşılaşıb və 8:3 hesabı ilə qalib gəlib.

Millimizin üzvü bu görüşdə növbəti qolunu vurub. O, qarşılaşmanın 23-cü dəqiqəsində hesabı 2:0-a çatdırıb. Bundan başqa, həmyerlimiz ilk qolda assist edib. Mahir 69-cu dəqiqədə - hesb 4:3 olarkən əvəzlənib.

Qeyd edək ki, Emreli ötən turda "Qroyter Furt"la (4:0) görüşdə hesabı açıb.  "Nürnberq" 10 oyunda 16 xal toplayaraq hazırda 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər