Mahir Emreli Almaniya klubunda -RƏSMİ

Mahir Emreli Almaniya klubunda -RƏSMİ

Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı forvard "qırmızı-qaralar"la 1 illik müqavilə bağlayıb. 

Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, Mahir Zaqreb "Dinamo"su ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq "Nürnberq"ə keçib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər