Mahir Emreli Allahverdi Bağırova sayğısını belə göstərdi - FOTO

Mahir Emreli Allahverdi Bağırova sayğısını belə göstərdi - FOTO
Bu gün Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.
Fanat.Az xəbər verir ki, "Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı "Instaqram"da paylaşım edib. O, "Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib. Millimizin hücumçu üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.
 
Mahir Emreli Allahverdi Bağırova sayğısını belə göstərdi - FOTO
Qeyd edək ki, A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər